Harvard Universitetinin ekspertləri hər zaman açıq şəkildə hiss olunmayan yuxu çatışmazlığı əlamətlərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Infobae" nəşri məlumat verib.
Mütəxəssislərin sözlərinə görə, yuxu defisitinin əsas göstəricilərindən biri iştahanın artması və zərərli qidalara meylin güclənməsidir.
Eyni zamanda əhval dəyişikliyi, əsəbilik, emosional qeyri-sabitlik və halsızlıq da yuxunun azlığından xəbər verə bilər.
Bundan əlavə, onların fikrincə, gecə istirahətinin kifayət qədər olmamasını yuxuları xatırlaya bilməmək, diqqəti cəmləməkdə çətinlik, habelə oyanan kimi özünü yorğun və gücsüz hiss etmək kimi əlamətlər də göstərir. (Redaktor.az)
Bizim.Media































































































