“Dostluq” kafesində saxta spirtli içkilər aşkarlandı – FOTO

“Dostluq” kafesində saxta spirtli içkilər aşkarlandı – FOTO

Hazırda oxunan: “Dostluq” kafesində saxta spirtli içkilər aşkarlandı – FOTO

582118

Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində fəaliyyət göstərən fiziki şəxs Elnur Fərman oğlu Əsədova məxsus "Dostluq" kafesində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər müəyyən edilib.
 

Belə ki, "Premium Organic", "Organic Ultra", "Caspian Beluga" əmtəə nişanlı spirtli içkilərin müvafiq müşayiətedici sənədlərinin, eyni zamanda, etiket məlumatlarında qeyd edilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin mövcud olmadığı aşkarlanıb.


Faktla bağlı fiziki şəxs barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və toxunulmazlıq aktı tərtib edilərək içkilərin satışı dayandırılıb, kafenin fəaliyyəti məhdudlaşdırılıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO