Şahbuzda 3 nəfərin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Şahbuzda 3 nəfərin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Hazırda oxunan: Şahbuzda 3 nəfərin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi

582113

Sentyabrın 4-də, saat 22 radələrində Naxçıvan şəhər sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova,  anası 1983-cü il Sevinc Hüseynova və nənəsi 1947-ci il təvəllüdlü Səkinə Məmmədovanın Şahbuz rayon Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahətdə olarkən həyətyanı sahədə yerləşən gölməçədə kustar üsulla düzəldilmiş üzən platformanın aşması nəticəsində boğularaq ölmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində araşdırma aparılaraq cinayət işi başlanılıb.  

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikası Prokurorluğu yayıb.
 

İbtidai istintaqla Hikmət Qurbanlının daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.


Toplanmış sübutlar əsasında Hikmət Qurbanlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO