Nərimanovdakı partlayışın baş vermə səbəbi ilə bağlı “Azəriqaz” dan AÇIQLAMA

Nərimanovdakı partlayışın baş vermə səbəbi ilə bağlı “Azəriqaz” dan AÇIQLAMA

Hazırda oxunan: Nərimanovdakı partlayışın baş vermə səbəbi ilə bağlı “Azəriqaz” dan AÇIQLAMA

582103

“Partlayışın hansı səbəbdən baş verməsini indidən demək, istintaqın gedişatına mane olmaqdır. Ona görə də bütün hallarda istintaqın yekun nəticəsini gözləyəcəyik”. 

Bunu “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev partlayışın qazsızma və səhlənkarlıq səbəbindən baş verməsi iddiaları ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Bakıda ofis binasında partlayış: 7 nəfər xəsarət aldı - VİDEO


O qeyd edib ki, hazırda ərazidə Baş Prokurorluq, Fövqaladə Hallar Nazirliyi istintaq işləri aparır, təftiş prosesi icra olunur. 

“Bütün bu partlayışın nədən qaynaqlandığı, əsas səbəbi aparılan istintaqın nəticəsi olaraq ortaya çıxacaq. Bununla əlaqədar olaraq əməkdaşlarımız da bizim boru xəttlərimizin vəziyyətini araşdırırlar və ümumi olaraq hadisənin baş varmə səbəbi yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq”.

Xatırladaq ki, bu səhər 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza"da partlayış baş verib.

Plazanın sahibi Əbülfət Əliyev jurnalistlərə açıqlamasında “Azəriqaz” İB-ni ittiham edir. Onun sözlərinə görə,  ərazidə plasmas boru ilə magistral qaz xətti çəkilib. Burada işləyən traktorlar həmin xətti zədələyib sonra oranı yamayıblar. Yamanmış borudan qaz sızıb zirzəmiyə toplanıb səhər işçi işığı yandıranda partlayış baş verib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO