62 minlik dələduzluqla həbs edilən qadın BƏRAƏT ALDI

62 minlik dələduzluqla həbs edilən qadın BƏRAƏT ALDI

Hazırda oxunan: 62 minlik dələduzluqla həbs edilən qadın BƏRAƏT ALDI

582099

Qızıl alveri ilə məşğul olan qadınların məhkəmə çəkişməsi bəraətlə yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 62 min manatlıq dələduzluq ittihamı ilə həbs edilmiş 48 yaşlı Balaxanım Atakişiyevanı təqsirsiz hesab edib.

İş materiallarına əsasən, həm təqsirləndirilən Balaxanım Atakişiyeva, həm də zərərçəkmiş Minarə İbayeva qızıl alveri ilə məşğul olub. Qarşılıqlı münasibətlər nəticəsində Balaxanım Minarədən 62 min manatlıq qızıl alaraq əvəzində ona “Toyota Prado” markalı avtomobil verəcəyini vəd edib.

Lakin sonradan məlum olub ki, onun ümumiyyətlə belə bir avtomobili olmayıb və aldığı pulu da geri qaytarmayıb.

Bunun ardından Minarə hüquq-mühafizə orqanlarına müraciət edərək Balaxanımı həbs etdirib.
 

Əvvəlcə təqsirləndirilən şəxs sərbəst ifadə verib. O, Minarəyə heç bir yalan vəd vermədiyini, onunla kredit-borc müqaviləsi bağlayaraq qızıl alveri ilə məşğul olduğunu deyib. Yəni ondan qızıl götürüb bir az baha qiymətə satıb, pulunu da vaxtında verib.


Balaxanımın sözlərinə görə, götürdüyü qızılın qarşılığında maşın söz verməsi isə yalandır. Onun ümumiyyətlə elə bir maşını olmayıb. Sadəcə əvvəllər qızıl satdığı müştərilərdən biri girov kimi ona həmin maşının şəklini göndərib, o da şəkli Minarəyə atıb. Foto ilə həmin alqı-satqı epizodunun əlaqəsi olmayıb.

Zərərçəkmiş Minarə İbayeva məhkəmədə biri digərini təkzib edən dolaşıq ifadələr verib. Bundan əlavə, ibtidai istintaqdakı ilə indi danışdıqları üst-üstə düşməyib.

Məsələn, o, verdiyi qızılların əyarı və çəkisini dəqiq ifadə edə bilməyib. Həmçinin mübahisəli avtomobilin fotosunun hadisədən iki ay əvvəl ona göndərildiyi məlub olub.

Hakimin “bu məsələni niyə mülki qaydada həll etmədiniz?” sualına Minarə “düşündüm ki, hüquq-mühafizə orqanlarına müraciət etsəm, daha tez həll olunar”, - cavabını verib. Bu da qərəzli münasibəti göstərən hal kimi qiymətləndirilib.
 

Prokuror yekunda B.Atakişiyevanın təqsirli bilinərək sanksiya həddində həbslə cəzalandırılmasını tələb etsə də, məhkəmə fərqli nəticəyə gəlib. 


Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlib ki, tərəflər arasındakı münasibət mülki-hüquqi xarakter daşıyır və xanım müttəhimin əməlində cinayət tərkibi yoxdur. Hökmə əsasən, təqsiri sübuta yetirilmədiyindən Balxanıma bəraət verilib. O, məhkəmə zalında həbsdən azad edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO