Anasını hoteldə öldürən yeniyetmə hakim qarşısına çıxarıldı

Anasını hoteldə öldürən yeniyetmə hakim qarşısına çıxarıldı

Hazırda oxunan: Anasını hoteldə öldürən yeniyetmə hakim qarşısına çıxarıldı

582098

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə A.Q.-nın cinayət işi uzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib.

Onun barəsində seçilmis həbs qətimkan tədbirinini dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses dekabrın 3-nə təyin edilib.
 

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 27-də Bakıda "Beynəlxalq Avtovağzal Kompleksini"nin hotelində baş verib.


1989-cu il təvəllüdlü Əsmət Qasımovanın qaldığı hoteldə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Həyata keçirilən araşdırmalar zamanı hadisənin qadının oğlu, 16 yaşlı oğlu tərəfindən törədildiyi məlum olub.

Araşdırmalarla məlum olub ki, o, anası ilə Türkiyədən gələrək müvəqqəti qaldığı hoteldə aralarında yaranan münaqişə zəminində hadisəni törədib. Yeniyetmə anasını öldürdükdən sonra Qazaxa gedərək polisə təslim olub.

A.Q. qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO