“X”də yenilik - Saxta hesablar ifşa olunacaq?

“X”də yenilik - Saxta hesablar ifşa olunacaq?

Hazırda oxunan: “X”də yenilik - Saxta hesablar ifşa olunacaq?

582011

"X" sosial media platforması istifadəçilərin yerləşdiyi ölkəni göstərən yeni funksiyanı mərhələli şəkildə istifadəyə verib.

Bizim.Media xəbər verir ki, şirkət bu yeniliyin saxta hesabları, xarici müdaxilələri və yanlış məlumat yayımını aşkar etməyə kömək edəcəyini açıqlayıb.
 

Hazırda funksiya yalnız məhdud sayda istifadəçi üçün aktivdir. Bəzi profillərdə "Twitter"ə qoşulma tarixi bölməsinə kliklədikdə hesab sahibinin ölkəsi görünür.


Yeniləmə ilə profildə hesabın yaradılma tarixi, təsdiqlənmə statusu, istifadəçi adının dəyişmə sayı və hesabın hansı ölkənin tətbiq mağazası vasitəsilə qeydiyyatdan keçdiyi kimi əlavə məlumatlar da əks olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO