Dejavünün səbəbi TAPILDI

Dejavünün səbəbi TAPILDI

Hazırda oxunan: Dejavünün səbəbi TAPILDI

581998

Alimlər dejavü hissinin insanlarda gələcəyi proqnozlaşdıra bildikləri illüziyasını yaratdığını sübut edən ilk eksperimental nəticələri əldə ediblər.

Bizim.Media xəbər verir ki, araşdırmada iştirakçılar müxtəlif virtual reallıq məkanlarında videoturlara baxıblar.

Bəzi səhnələr təkrarlanaraq yaddaş izləri gücləndirilib. Daha sonra onlara yeni, lakin struktur baxımından oxşar məkanlar göstərilib və bu, iştirakçılarda dejavü hissi yaradıb.
 

Nəticə göstərib ki, dejavü nə qədər güclü olurdusa, iştirakçılar növbəti anı düzgün təxmin etdiklərinə bir o qədər çox inanırdılar. Lakin onların cavablarının dəqiqliyi təsadüfi ehtimaldan yüksək olmayıb.


Tədqiqatçılar bildirirlər ki, güclənmiş yaddaş izi bu illüziyanı artırır və dejavü ilə "gələcəyi hiss etmək" yanılması arasında birbaşa əlaqə mövcuddur. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO