Xoşqədəmin verilişində qaynanasını öldürdüyünü etiraf edən gəlin saxlanıldı - VİDEO

Xoşqədəmin verilişində qaynanasını öldürdüyünü etiraf edən gəlin saxlanıldı - VİDEO

Hazırda oxunan: Xoşqədəmin verilişində qaynanasını öldürdüyünü etiraf edən gəlin saxlanıldı - VİDEO

58199

Azərbaycanda canlı efirdə 1 il 9 ay əvvəl törədilən cinayətin üstü açılıb.

Bizim.Media xəbər verir ki, ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində gəlin qayınanasını qətlə yetirdiyini deyib.

“Aramızda mübahisə oldu, mən bilməyərək onu itələdim, başı pilləkəndə daşa dəydi. Yıxılmağı ilə özündən getdi, mən qorxdum. Bəlkə, heç kəs mənə inanmayacaq ki, bu qız, həqiqətən də, belə bir şey yaşayıb. Getdim otağıma. Özümdə deyildim, bir anlıq ayıldım ki səhər açılıb.

Şokda idim, özümə gələ bilmirdim. Hava açıldı, tez evdən çıxıb Nazim dayının yanına getdim. Nazim mənə kömək etdi, dedi ki, bu işin üstünü örtərəm. Dedi ki, bir dayı kimi bu işin üstünü örtəcəm”.

Qeyd edək ki, verilişdən sonra cinayət törətdiyini etiraf edən qadın saxlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO