Yasamal rayonunun Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media xəbər verir ki, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft dent" klinikasının direktoru Bəhruz Sahib oğlu Paşayev Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:40 / 23.11.2025
Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI
Hazırda oxunan: Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI
Hazırda oxunan: Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI
581969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































