Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirildi - FOTO

Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirildi - FOTO

Hazırda oxunan: Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirildi - FOTO

581960

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 rəhbər, 2 ümumi rəhbər, 19 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Nəticələrin "Danışıq bloku" imtahanı keçiriləndən iki həftə sonra elan olunacağı bildirilib.
 

"İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan noyabrın 24-də keçiriləcək. İmtahan saat 11:00-da başlayacaq. Bu imtahanda iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar", - məlumatda qeyd olunub.


Bildirilib ki, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı dekabrın 1-də keçiriləcək.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO