"Kəndinə qayıt" verilişinin növbəti buraxılışında Gədəbəyin ən ucqar yaşayış məntəqələrindən biri - dağların qoynunda yerləşən Nərimankəndə səyahət edilib.
Bizim.Media xəbər verir ki, Nərimankənd Azərbaycanın qərb hissəsində, Gədəbəy və Tovuz rayonlarının inzibati sərhədlərində, Xınna dərəsində yerləşir.
Kənd bir zamanlar Orconikidze adlandırılıb və ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra öz tarixi adına qovuşub.
Hazırda burada təxminən 1 000 nəfər yaşayır. Nərimankəndin ən diqqətçəkən cəhətlərindən biri ata-babalardan qalmış qədim evlərin bu günə qədər qorunub saxlanmasıdır. Kəndin sakinləri arasında təhsilə böyük maraq var və uzun illərdir ki, burada təhsil almayan gənclərə qız verilmədiyi deyilir.
Lakin kəndin yaşlı sakini Afizə nənə bildirir ki, vaxtilə adətlər tam əksinə olub - oxuyan qızlarla evlənmək istəməz, belə qızlar ailə qurmaqda çətinlik çəkərmiş.
"Əvvəllər deyirdilər ki, qız oxuyubsa, onu almırıq. Çox oxuyan qızı almırdılar. Sonralar çoxu şəhərə getdi, orada oxuyub, elə orada da qaldılar. İndi kəndimizdə qız yoxdur", - Afizə nənə söyləyib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:18 / 23.11.2025
Min nəfərin yaşadığı, təhsilə böyük maraq olan ucqar kənd - VİDEO
Hazırda oxunan: Min nəfərin yaşadığı, təhsilə böyük maraq olan ucqar kənd - VİDEO
Hazırda oxunan: Min nəfərin yaşadığı, təhsilə böyük maraq olan ucqar kənd - VİDEO
581955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































