Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşuldu

Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşuldu

Hazırda oxunan: Yanğında xəsarət alanlardan biri süni tənəffüs aparatına qoşuldu

581950

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd yayıb.

Onun sözlərinə görə, Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb:

“5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib”. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO