Bu ölkə mediası Bakıda keçirilən D-8 Media Forumundan yazdı - FOTO

Bu ölkə mediası Bakıda keçirilən D-8 Media Forumundan yazdı - FOTO

Hazırda oxunan: Bu ölkə mediası Bakıda keçirilən D-8 Media Forumundan yazdı - FOTO

581944

Malayziya mediası, xüsusən də ölkənin rəsmi xəbər agentliyi Bernama Bakıda keçirilən D-8 Media Forumunu diqqətdə saxlayıb.

Bizim.Media xəbər verir ki, Malayziya mediası forumda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektləri rəhbərlərinin, o cümlədən Bernama xəbər agentliyinin baş direktoru xanım Datin Paduka Nur-ul Afida Kamaludinin iştirak etdiyini yazır.

Qeyd olunub ki, forum jurnalistlərə və media rəhbərlərinə fikir mübadiləsi aparmaq, uğur hekayələrini bölüşmək, birgə layihələri və əməkdaşlığı müzakirə etmək üçün platforma təqdim edir.

Materiallarda Bernama xəbər agentliyinin baş direktoru xanım Datin Paduka Nur-ul Afida Kamaludinin AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə görüşünə, agentliklər arasında əməkdaşlığın dərinləşdirilməsinə dair fikirlərə də yer verilib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO