Bakıda tıxacdan çıxış yolu olmayan sürücü qanunsuz hərəkət edərək avtobus zolağına daxil olub.
Bizim.Media xəbər verir ki, sürücü avtomobilin qeydiyyat nömrəsini sökərək ictimai nəqliyyat zolağından istifadə etməyə çalışıb.
Bu hallar şəhərdə yol hərəkəti qaydalarının pozulması hesab olunur və ciddi cərimə tədbirləri ilə nəticələnir. Belə pozuntular İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 400 manat cərimə ilə nəticələnir.
Sürücülərə xəbərdarlıq edilir ki, avtobus və təcili yardım zolaqlarından yalnız aidiyyəti olan nəqliyyat vasitələri istifadə edə bilər. Qaydaların pozulması həm təhlükəsizlik, həm də ictimai nəqliyyatın hərəkətinə maneə yaradır.
Sözügedən görüntüləri təqdim edirik: (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:27 / 23.11.2025
Bakıda sürücü nömrəni söküb avtobus zolağına daxil oldu - VİDEO
Hazırda oxunan: Bakıda sürücü nömrəni söküb avtobus zolağına daxil oldu - VİDEO
Hazırda oxunan: Bakıda sürücü nömrəni söküb avtobus zolağına daxil oldu - VİDEO
581936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































