Vanqanın 2026-cı il üçün proqnozları

Vanqanın 2026-cı il üçün proqnozları

Hazırda oxunan: Vanqanın 2026-cı il üçün proqnozları

581922

"Balkanların Nostradamusu" kimi tanınan məşhur kahin Vanqa ölümündən illər keçməsinə baxmayaraq hələ də adı çəkilir. Xüsusilə 2026-cı ilə dair ona aid edilən iddialar, həm fövqəladə hadisələr, həm də insanlıq üçün dönüş nöqtələri ehtiva etdiyi üçün böyük maraq doğurur.

Proqnozlara görə 2026-cı il dünya xaricindən ilk təmasdan tutmuş təbii fəlakətlərə, siyasi gərginliklərə və texnoloji sıçrayışlara qədər çoxsaylı sarsıdıcı hadisələrlə yadda qala bilər.

Bizim.Media xəbər verir ki, Vanqaya aid edilən ən çox diqqət çəkən iddialardan biri insanlığın 2026-cı ildə ilk dəfə başqa bir mədəniyyətlə qarşılaşacağıdır. İddiaya görə, noyabr ayında nəhəng bir kosmik obyekt Yer atmosferinə daxil olacaq və bu hadisə insanlıq tarixində yeni bir dövrün başlanğıcı olacaq. Bu fikri müdafiə edənlər 2025-ci ildə Yerə yaxın keçən 3I/ATLAS adlı ulduzlararası cismi və artan UFO hesabatlarını mümkün işarələr kimi göstərirlər.

Kahin 2026-cı il üçün ciddi təbii hadisələrdən də xəbər verir. İddialara əsasən, bu dövrdə güclü zəlzələlər, vulkan püskürmələri və ekstremal hava hadisələri dünya üzrə daha da artacaq. Proqnozlara görə Yer səthinin təxminən 8%-i bu fəlakətlərdən əhəmiyyətli şəkildə zərər görə bilər. Avropada qırılan istilik rekordları, Kanada və Avstraliyadakı meşə yanğınları və Asiyada baş verən güclü zəlzələlər bu iddialara "misal" kimi göstərilir.
 

Vanqanın iddiaları təbii hadisələrlə məhdudlaşmır. Onun proqnozlarında 2026-cı ilin beynəlxalq siyasətdə gərginliyin kəskin artacağı bir dövr olacağı deyilir. Qərb-Şərq xəttində yaşanacaq gərginliklərin genişmiqyaslı qarşıdurmalara çevrilə biləcəyi ehtimal olunur. Vanqaya aid edilən "insanlığın çöküşünün 2025 ətrafında başlayacağı" fikri də bu ssenarilərlə əlaqələndirilir. Bununla belə, bəzi mənbələrə görə dünyanın sonu 5079-cu ildən əvvəl gözlənilmir.


Kahin 2026-cı ildə texnologiya sahəsində böyük dəyişikliklərin baş verəcəyini də qeyd edir. İddialara görə bu ildən etibarən süni intellekt qlobal miqyasda əsas güclərdən birinə çevriləcək və yeni innovasiya dövrünü başlatacaq. Lakin bu inkişafın iş yerlərinin avtomatlaşdırılması, məlumat təhlükəsizliyi və etik problemlər kimi çətinliklər yaradacağı da vurğulanır.

Proqnozlarda yer alan maraqlı iddialardan biri kosmosla bağlıdır. İddiaya görə 2028-ci ildən etibarən Venerada enerji mədənçiliyi başlanayaq və 2026-cı il bu layihənin hazırlıq mərhələsinin aydınlaşdığı dövr olacaq. NASA-nın 2028-2030-cu illər üçün Venera missiyalarını planlaşdırması və özəl kosmos şirkətləri arasındakı artan rəqabət bu iddialara paralel göstərilir.

Tibb sahəsinə dair proqnozlar həm maraqlı, həm də ümidvericidir. Vanqaya görə 2046-cı ildə süni orqanların kütləvi istehsalı başlayacaq, 2026 isə bu istiqamətdə kritik addımların atıldığı il ola bilər. Genetik olaraq dəyişdirilmiş donuz böyrəyinin insanlara uğurla köçürülməsi bu istiqamətdə əhəmiyyətli irəliləyiş kimi göstərilir. Bundan başqa, Vanqanın 2026-cı ildə xərçəngin erkən diaqnostikasında böyük sıçrayışın olacağı iddiası da diqqət çəkir. Tək bir qan nümunəsindən bir çox xərçəng növünü aşkar edə bilən MCED testlərinin sürətlə yayılması tibb dünyasında inqilabi addım kimi qiymətləndirilir./Milli.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO