Şəkidə 6 otaqlı ev YANDI

Şəkidə 6 otaqlı ev YANDI

Hazırda oxunan: Şəkidə 6 otaqlı ev YANDI

581902

Şəkidə mənzildə yanğın baş verib. Hadisə axşam saatlarında şəhərin S.Ə. Şirvani küçəsində baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər sakini 55 yaşlı Famil Nəsibova məxsus yaşayış evində yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şəki yanğından mühafizə hissəsinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan 1 mərtəbəli, 6 otaqdan ibarət evin 1 otağında tüstü bacasının ətrafı 3 kvadratmetr sahədə yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb. Xəsarət alan olmayıb.

Yanğına qazla işləyən qızdırıcının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO