“İki gün ərzində Ermənistandan gələn vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr həyata keçirildi. Artıq qrupun adı müəyyən edilib, bu, “Sülh Körpüsü” Təşəbbüsü adlanacaq”.
Bizim.Media xəbər verir ki, bunu apa-ya açıqlamasında 21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Bakıya səfər etmiş Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupla görüşdə iştirak edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.
O bildirib ki, yaxın 6 ay ərzində ekspertlərin əməkdaşlığı, vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatlandırılması istiqamətində fəaliyyət və birgə media sahəsində əməkdaşlıq müzakirə edilib:
“Konkret istiqamətlər üzrə layihələrin həyata keçirilməsinə hazırlıq işinin başlanması təsdiq edilib. Bundan sonra artıq fərqli istiqamətlərdə tədbirlər planlaşdırılır, tədbirlər ancaq ikitərəfli formatda həyata keçiriləcək. Tədbirlər çərçivəsində hər iki tərəfdən nümayəndələrin səfərləri təşkil olunacaq və hər iki ölkə ziyarət ediləcək. Bu səfərlərdə təkcə bu qrupun üzvü olan 5 nəfər deyil, daha çox vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:40 / 22.11.2025
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu qrup “Sülh Körpüsü” Təşəbbüsü ADLANACAQ
Hazırda oxunan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu qrup “Sülh Körpüsü” Təşəbbüsü ADLANACAQ
Hazırda oxunan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu qrup “Sülh Körpüsü” Təşəbbüsü ADLANACAQ
581884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































