Cəfər Hüseynzadə: "Sülh Körpüsü" Təşəbbüsü iki ölkə arasında barışığın təşviqinə yönəlir” - FOTO

Cəfər Hüseynzadə: "Sülh Körpüsü" Təşəbbüsü iki ölkə arasında barışığın təşviqinə yönəlir” - FOTO

Hazırda oxunan: Cəfər Hüseynzadə: "Sülh Körpüsü" Təşəbbüsü iki ölkə arasında barışığın təşviqinə yönəlir” - FOTO

581881

“Azərbaycan–Ermənistan “Sülh Körpüsü” təşəbbüsünün bir hissəsi olaraq Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya səfər ediblər. Bu, sülh prosesində yeni mərhələni göstərir və vətəndaş cəmiyyətinin ikitərəfli dialoqa birbaşa cəlb olunmasını təmin edir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə "X" hesabında yazıb.

C. Hüseynzadə qeyd edib ki, səfər zamanı qarşılıqlı anlaşmanın artırılması və mümkün birgə layihələrin müzakirəsi aparılıb: “Media əməkdaşlığının gücləndirilməsi və birbaşa ekspert əlaqələrinin yaradılması barədə razılıqlar əldə olunub. Bu təşəbbüs dövlət səviyyəli diplomatiyadan yerli səviyyədə sülh quruculuğuna keçidi təmsil edir və iki ölkə arasında barışığın təşviqinə yönəlir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO