Vanqa adı ilə tanınan məşhur bolqar kahini Vangeliya Pandeva Quşterova 1996-cı ildə vəfat edib. Buna baxmayaraq, sosial mediada və bəzi mənbələrdə onun hər yeni il gələn il -2026-cı il üçün belə proqnozları olduğu iddia olunur.
Bu tip məlumatlar hər dəfə diqqət çəkir, çünki insan təbiəti gələcəyi öyrənmək və sirli hadisələrə maraq göstərmək istəyir. Lakin tarixi faktlara əsaslanaraq düşünəndə, ölmüş bir şəxsin konkret bir il üçün real proqnoz verməsi mümkün deyil. İnsanlar isə Vanqanın mistik imicinə etibar edərək bu proqnozları ciddi qəbul edə bilir, hətta bu, gələcək barədə narahatlıq və ya maraq yaratmaq məqsədilə də istifadə olunur.
Bəli, onun reallaşan proqnozları olduğu da deyiçir. Ancaq bunu dəqiq olaraq Vanqanın görüb görmədiyi daim müzakirəyə səbəb olub.
Niyə illər keçsə də, insanlar hələ də Vanqanın “gördükləri”nə inanırlar?
İddialara görə onun proqnozları hələ 5079-cu ilə qədər davam edəcək.
Bu nə dərəcə inandırıcıdır?
Bizim.Media mövzuyla bağlı astroloq Firudin Qurbansoyun fikirlərini öyrənib. O deyir ki, ağıllı insanlar Vanqanın dediklərinə inanmaz.
“Vanqa ömür boyu şər işlərlə məşğul olub. Onun maddi qazancı çox olub. Bolqarıstranda kilsə tikdirmək istəsə də, ruhanilər icazə verməyib. Buna görə də SSRİ xüsusi planlar hazırlayaraq, həmin planlara əsasən öncədən Vanqanın danışığını hazırlayırdılar”.
Firudin Qurbansoy vurğulayıb ki, Vanqa sadəcə ona deyilənləri təkrarlayırdı:
“Ona öncədən nələr deyilirdisə, o da təkrar edirdi. Vanqadan gələn proqnozlar yalandır. Elə sözlər deməyib. Bəzi mərkəzlərə lazım olduğu üçün o sözlərdən istifadə edib, kütlənin psixologiyasına təsir edirlər.
Ağıllı insanlar o proqnozlara inanmırlar”.
Nəzrin Mirzəyeva, Bizim.Media





























































































