Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin balansında olan inzibati binanın əsaslı təmirdən sonra açılışı olub.
Bu barədə Bizim.Media-ya Penitensiar Xidmətdən məlumat verilib.
Bildirilib ki, açılışda Ədliyyə naziri Fərid Əhmədov iştirak edərək binada aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub.
Fərid Əhmədov, həmçinin inzibati binada Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Arxiv şöbəsi üçün yaradılmış yeni inzibati məkana da baxış keçirib.
Arxiv şöbəsi üçün nəzərdə tutulan inzibati məkan müasir texniki standartlara uyğun qurulub.
Burada arxiv sənədlərinin mühafizəsi, eləcə də rəqəmsallaşdırılması üçün tam şərait yaradılıb.
Binada yüksəktutumlu saxlanclar, geniş iş otaqları və vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş müasir tələblərə uyğun otaq fəaliyyət göstərəcək.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:05 / 22.11.2025
Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı oldu - FOTO
Hazırda oxunan: Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı oldu - FOTO
Hazırda oxunan: Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı oldu - FOTO
581862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































