Dondurulmuş hazır qidalarla bağlı XƏBƏRDARLIQ – Bu halda zəhərlənməyə səbəb olur

Dondurulmuş hazır qidalarla bağlı XƏBƏRDARLIQ – Bu halda zəhərlənməyə səbəb olur

Hazırda oxunan: Dondurulmuş hazır qidalarla bağlı XƏBƏRDARLIQ – Bu halda zəhərlənməyə səbəb olur

581861

Bu gün əksər mağaza və marketlərdə dondurulmuş, hazır qidalar satılır. Bu hazır qidalar tez və asan başa gəldiyi üçün xüsusilə gününün çox hissəsi iş mühitində keçən insanların əsas seçimi olur. Lakin bu qidaların davamlı və nəzarətsiz istehlakı sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Bəs bu qidaları alarkən nələrə diqqət edilməlidir?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün çalışan və vaxtın azlığından şikayət edən bir çox insan daha asan qida hazırlamaq üçün yarımfabrikat qidalardan istifadə edir:

“Lakin bu qidaları alarkən saxlanma, daşınma və hazırlanmasında sanitar-gigiyena norma və qaydalarına əməl olunması ən vacib şərtlərdən biridir. Çünki bir çox hallarda həmin məhsullar yüksək risk qrupuna aid olan zülal mənşəli ətlərdən hazırlanır.

Saxlanma  temperaturu dəyişərsə, tərkibindənki bakteriya və mirkoorqanizmlər sürətlə çoxala bilər. Bu da həmin qidanı qəbul edən insanlarda immun sistemin düşməsinə, həzm sisteminin pozulmasına və ən təhlükəlisi zəhərlənməyə gətirib çıxara bilər. Ona görə də istehsalçı şirkətə aid bütün məlumatlar tam göstərilməlidir.

Hər bir məhsulun özünə aid xüsusi qablaşması olmalıdır.  Xüsusilə, qablaşdırılmasına diqqət etmək lazımdır.  Çünki bu kimi məhsulları soyuducuda saxlayarkən  çarpaz çirklənməyə məruz qalmaqla yanaşı, tərkibinin dəyişməsi də həmin məhsulun qidalılıq dəyərinə təsir edir. O məhsullar elə qablaşdırılmalıdır ki, donu açıldıqdan sonra yalnız bir dəfə istifadə olunsun.
Davamlı olaraq temperaturu dəyişdirilsə, yəni donu açıb yenidən dondurulsa, keyfiyyəti aşağı düşür“.

Naibə Məmmədova, Bizim.Media                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO