Tək yaşamaq TRENDİ – İnsanlar münasibətdən niyə QAÇIRLAR?

Tək yaşamaq TRENDİ – İnsanlar münasibətdən niyə QAÇIRLAR?

Hazırda oxunan: Tək yaşamaq TRENDİ – İnsanlar münasibətdən niyə QAÇIRLAR?

581860

Son illərdə dünyada tək yaşayan insanların sayı sürətlə artmaqda davam edir.

“The Economist” jurnalının hesablamalarına görə, 2010-cu ildən bəri dünyanın ən varlı 30 ölkəsindən 26-sında tək yaşayan insanların sayı yüksəlib. Son səkkiz ildə isə dünya üzrə tənha həyat sürən insanların sayı 100 milyondan çox artıb.

ABŞ-da aparılan araşdırmalar isə göstərir ki, hər iki kişidən biri təkdir. Ötən 50 ildə ABŞ-da partnyorsuz yaşayan kişilərin payı 50%-ə, qadınlarda isə 41%-ə çatıb. Bu, ölkənin demoqrafik və sosial strukturunda ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, insanların təkliyə üz tutmasının bir sıra səbəbləri var:

“İctimai əsası olan əsas səbəb gender bərabərliyidir. Qadınlar daha əvvəlki kimi yaşamaq, “evdar qadın” olmaq istəmir. Cəmiyyətlərdə gedən mənfi tendensiyalar ailə dəyərlərini möhkəm zədələyib. Qadınlar daha əvvəlki kimi fədakarlıq etmək istəmir. Kimlər üçünsə ömrünü şam kimi əritmir. 

Nəinki həyat yoldaşının, hətta övladlarının da “nazını çəkmək” istəmir. “Həyatı bir dəfə yaşayıram” deyib ancaq özü üçün yaşamaq istəyir. Bu məsələdə informasiya bolluğu da öz sözünü deyir. Nəzər yetirsək görərik ki, evdar xanımlar sosial şəbəkələrdə daha passivdirlər.

Əksinə subay xanımlar bütün günü sosial şəbəkələrdədir. Səhər yataq otağından axşam şam yeməyinə qədər hər şeyi ictimailəşdirirlər. Bununla da özlərinin daha xoşbəxt olduqlarını göstərmək istəyirlər. Təbii ki, digər qadınlar da belələrindən nümunə götürərək sərbəstliyə can atırlar. Sərbəstliyin sonu isə tənhalıqdır”.

“Kişilər qadınlardan doyduqları üçün tək yaşayırlar”.

Müsahibimiz əlavə edib ki, kişilər arasında tək yaşamağa üstünlük verənlər də az deyil:

“Bunun da müəyyən səbəbləri var. Əsas səbəb kişilərdən artan tələblərdir. Ailədə hər kəs hər şey üçün atanı məsul bilir. Bəzi atalar da artan tələblərdən bezərək tək yaşamağa məcbur olurlar. Unutmayaq ki, hər kişi də ailəsi üçün fədakar olmaq istəmir, özü üçün yaşamaq istəyir. Təbii ki, qadınların da bu məsələdə payı az deyil. Xəyanət, yersiz söz-söhbət kişiləri qadınlardan usandırır. Ona görə də tək yaşayanların sayı ilbəil artır. Nəzərə alaq ki, hazırda biz prosesin əvvəllərindəyik. Daha acınacaqlı vəziyyətsə bizi qarşıda gözləyir”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO