ChatGPT istifadəçilərin yaşını yoxlamağa BAŞLADI - Pasport tələb edir…

ChatGPT istifadəçilərin yaşını yoxlamağa BAŞLADI - Pasport tələb edir…

Hazırda oxunan: ChatGPT istifadəçilərin yaşını yoxlamağa BAŞLADI - Pasport tələb edir…

581854

ChatGPT istifadəçinin 18 yaşdan kiçik olduğundan şübhələndikdə şəxsiyyət təsdiqini pasport vasitəsilə tələb etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Habr” portalı məlumat verir.

Yoxlamadan keçənə qədər sistem “böyüklər üçün” kimi işarələnmiş mövzulara çıxışı məhdudlaşdırır. Bəzi hallarda bu tələb hətta yetkin istifadəçilərdə də ortaya çıxır.

OpenAI təsdiqləyib ki, bu funksiya tədricən tətbiq olunur və hazırda əsasən ingilisdilli regionlarda sınaqdan keçirilir. Şirkətin açıqlamasına görə, yeniliyin məqsədi yaş məhdudiyyətlərinə əməl olunması və yetkinlik yaşına çatmayanların potensial arzuolunmaz kontentdən qorunmasının gücləndirilməsidir.

Şirkət vurğulayır ki, pasport məlumatlarının işlənməsi təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir: informasiya şifrələnmiş formada ötürülür və yalnız yaşın təsdiqi üçün istifadə
olunur, açıq şəkildə sənədlərin saxlanılması üçün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO