Tovuzda gəlinini döyən qayınana cərimələnib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Qaradaş kəndində qeydə alınıb.
45 yaşlı Mətanət Əzimova (ad və soyad şərtidir) yaşadıqları evdə yaranmış mübahisə zamanı əli ilə gəlinini itələyib və vurub. O, əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Zərərçəkən qadın isə qayınanası ilə barışmaq niyyətində olmadığını deyərək, onun cərimələnməsini istəyib.
Hadisə barədə Mətanət Əzimova barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.
Tovuz Rayon Məhkəməsinin qərarı ilə ona 300 manat məbləğində inzibati cərimə cəzası verilib. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:52 / 22.11.2025
Tovuzda gəlinini döyən qayınana CƏZALANDIRILDI
Hazırda oxunan: Tovuzda gəlinini döyən qayınana CƏZALANDIRILDI
Hazırda oxunan: Tovuzda gəlinini döyən qayınana CƏZALANDIRILDI
581852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































