Xəbər verildiyi kimi Yasamalda çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğın baş verib.
Yanğın nəticəsində həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin hal-hazırda dəfn mərasimi keçirilir.
Yasamaldakı yanğında ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir
Saleh Bağırovdan yanğında ölən Könül Vəlibəyli haqqında ürəkparçalayan PAYLAŞIM
Bu barədə Bizim.Media-ya K.Vəlibəylinin keçmiş həyat yoldaşı, yazıçı Qan Turalı məlumat verib.
Mərhum bu gün Masazır qəbirstanlığında torpağa tapşırılacaq. Könül Vəlibəylinin yas mərasimi (3 mərasimi) noyabrın 24-də Təzə Pir Məscidində keçiriləcək.
Qeyd edək ki, Könül Vəlibəylinin ailəsi Masazır qəsəbəsində yaşayır.
Xatırladaq ki, ötən gün baş vermiş çoxmərtəbəli binada ölən üç nəfərdən biri K.Vəlibəylidir.
Onun qızı da hazırda xəstəxanada ağır vəziyyətdədir.
Şəfiqə Şəfa, Bizim.Media
































































































