Ötən gün Binəqədidə faciəvi şəkildə həlak olan 4 ofisiantdan biri - Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, 27 yaşlı gənc Tərtər şəhər qəbiristanlığında dəfn edilib.
Ailəsi və yaxınları C.Muradlını son mənzilə bəy maşını kim bəzədilən avtomobildə yola salıblar.
Xatırladaq ki, noyabrın 21-i Biləcəridə “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını cərəyan vuraraq öldürüb.
Faciəvi hadisə nəticəsində Cavidan Muradlı, Eltac Əliyev, Emil Quliyev və Əkbər Zeynalov həlak olublar.






Bizim.Media
































































































