“Restoran hibrid maşınlar üçün generatoru zirzəmidə yerləşdirib” – Yanğından sağ çıxan jurnalistdən SENSASİON AÇIQLAMA

“Restoran hibrid maşınlar üçün generatoru zirzəmidə yerləşdirib” – Yanğından sağ çıxan jurnalistdən SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Restoran hibrid maşınlar üçün generatoru zirzəmidə yerləşdirib” – Yanğından sağ çıxan jurnalistdən SENSASİON AÇIQLAMA

581827

“Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alov ətrafı bürüyəcək”.
 

MÖVZU İLƏ BAĞLI: 

Yasamalda yanğın baş vermiş binadan YENİ GÖRÜNTÜLƏR - VİDEO


Bizim.Media xəbər verir ki, bunu “Trend”ə Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə deyib.

O qeyd edib ki, evi binanın 12-ci mərtəbəsində yerləşir:

“Hadisə baş verəndə 5-ci mərtəbəyədək özümüz düşdük, daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə - yuxarı qayıtdıq”.

Sakinin sözlərinə görə, tüstüdən qorunmaq üçün evin qapısını yaş dəsmallarla izolyasiya ediblər:

“Yanğının mənbəyi restoran olub. 2010-cu ildən binada yaşayıram. “Loft” restoranı 2 il öncə burada açılıb. Restoran sahibi binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Yanğın təhlükəsindən əlavə, hər gün 5-ci mərtəbəyə qədər səs-küy, musiqi səsi gəlir”.

Heydər Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid maşınların elektrik doldurma dayanacağını quraşdıraraq generatoru zirzəmidə yerləşdirib:

“Üç gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə adamı döyüblər”.

Qeyd edək ki, ötən gün baş verən yanğında 3 nəfər həyatını itirib. 27 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Hazırda 7 nəfərin müalicəsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO