Azərbaycanda yük və sərnişindaşıma ARTIB

Azərbaycanda yük və sərnişindaşıma ARTIB

Hazırda oxunan: Azərbaycanda yük və sərnişindaşıma ARTIB

581818

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 198,3 milyon ton yük daşınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur.

Yüklərin 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava, 61,5%-i avtomobil nəqliyyatı, 27,4%-i isə boru kəməri ilə daşınıb.
 

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,7% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,9% təşkil edib. Yanvar-oktyabrda ölkədə nəqliyyatçılar 1785 milyon sərnişinə xidmət göstərib. Bu isə illik müqayisədə 5,3% çoxdur.


Sərnişinlərin 89%-i avtomobil nəqliyyatı, 10,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO