Naxçıvanda yeni yarımstansiya TİKİLƏCƏK

Naxçıvanda yeni yarımstansiya TİKİLƏCƏK

Hazırda oxunan: Naxçıvanda yeni yarımstansiya TİKİLƏCƏK

581810

Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində daha böyük layihələr də nəzərdə tutulur.

Bizim.Media “Azərenerji” ASC-yə istinadən xəbər verir ki, qurum yaxın illərdə Naxçıvanda 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyanın tikintisini planlaşdırır.
 

Bildirilib ki, bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması və Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur.


"Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km hissədə 330 kV-luq “Cəbrayıl–Naxçıvan” və 67 km hissədə 400 kV-luq “Naxçıvan–Türkiyə” xətlərinin trassasının topoqrafik plana alınması üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO