Süfrələrdən əskik olmayan banan iqlim dəyişikliyi səbəbindən piştaxtalarda tapılmayacaq.
Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, 2080-ci ilə qədər Latın Amerikası və Karib dənizindəki torpaqların üçdə ikisi banan becərilməsi üçün yararsız hala düşəcək, baxmayaraq ki, bu bölgələr qlobal ixracatın 80 faizini təşkil edir.
Lakin iqlim dəyişikliyi Ekvadorun böyük bir hissəsini banan becərilməsi üçün yararsız hala gətirə bilər.
Xəbər verilir ki, ümumiyyətlə, bananın keyfiyyəti qarşıdakı onilliklərdə pisləşə bilər və məhsuldarlıq kəskin şəkildə aşağı düşəcək.
Mütəxəssislər ümid edirlər ki, bu vəziyyətin həlli tapıla bilər. Onların fikrincə, potensial variantlardan biri banan istehsalını şimala doğru yönəltməkdir. Lakin bu, yeni anbarların tikintisinə, liman infrastrukturunun inkişafına və nəqliyyatın alınmasına vaxt və investisiya tələb edəcək.
Hazırda Çin dünyada ikinci ən böyük banan istehsalçısıdır.
Bizim.Media

































































































