Yasamaldakı yanğında komendant da ÖLÜB

Yasamaldakı yanğında komendant da ÖLÜB

Hazırda oxunan: Yasamaldakı yanğında komendant da ÖLÜB

581799

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yağında üç nəfər həlak olan olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Yasamaldakı yanğın MƏHDUDLAŞDIRILDI - YENİLƏNİB/FOTO/VİDEO


Bizim.Media Teleqraf-a istinadən xəbər verir ki, yanğında həlak olan 1983-cü il təvəllü Samir Kamal oğlu Məmmədov sözügedən binanın komendatıdır.

Samir Məmmədov komendant olmaqla yanaşı, yanğın baş verən binada yaşayıb.

Bundan başqa, yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, və Bakı Milli Geyim Evinin 48 yaşlı rəhbəri Hümbətova Könül Vəlibəy (Vəlibəyli) qızı da həlak olub.

Könül Vəlibəylinin qızı Ləmanın da vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə nəticəsində əmələ gələn tüstüdən azı 20 nəfər zəhərlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO