Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatların icrasına başlanıldı

Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatların icrasına başlanıldı

Hazırda oxunan: Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatların icrasına başlanıldı

581789

Endoprotez əməliyyatlarını icra edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin sayı 10-a çatıb. Hazırda həmin əməliyyatın həyata keçirildiyi müəssisələrin sayının daha da artırılması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində ardıcıl işlər davam etdirilir. Bu gündən başlayaraq Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatları icra edilir. Tibb mərkəzində ilk dəfə icra olunan əməliyyat uğurla yekunlaşıb.

TƏBİB-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, 66 yaşlı xəstə üzərində aparılan bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

Yıxılma nəticəsində sağ bud sümüyünün boyun sınığı diaqnozu ilə müraciət edən xəstəyə müvafiq müayinələrdən sonra sağ bud sümüyünün boynunun subkapital sınığı diaqnozu qoyulub və cərrahi əməliyyat aparılması qərara alınıb.

Əməliyyatı xəstəxananın Travmatologiya-ortopediya şöbəsinin müdiri, ortoped–travmatoloq Turan İskəndərzadə aparıb. Əməliyyatdan sonra xəstəyə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, endoprotez əməliyyatı zədələnmə, degenerativ və iltihabi xəstəliklər nəticəsində oynaqlarda yaranan dəyişikliklərin konservativ müalicə metodları ilə aradan qaldırıla bilmədiyi hallarda oynaqların tam və ya qismən süni protezlə əvəz olunmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO