Ölkəmizdə yaşıllıqlara 84 min manatdan çox ZİYAN VURULDU

Ölkəmizdə yaşıllıqlara 84 min manatdan çox ZİYAN VURULDU

Hazırda oxunan: Ölkəmizdə yaşıllıqlara 84 min manatdan çox ZİYAN VURULDU

581759

Ölkə ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 84 min manatdan çox ziyan vurulub.

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, Xidmətin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərlərinin, Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
 

Araşdırma zamanı Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində, Gəncə şəhəri Məhsəti Gəncəvi prospekti 430 ünvanında, Kürdəmir rayonu Köhünlü kəndi ərazisində, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində və İsmayıllı rayonu Qubaxəlilli kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 84 min 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.


Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO