Qanı və qaraciyəri təmizləyən MÖCÜZƏVİ MƏHSULLAR

Qanı və qaraciyəri təmizləyən MÖCÜZƏVİ MƏHSULLAR

Hazırda oxunan: Qanı və qaraciyəri təmizləyən MÖCÜZƏVİ MƏHSULLAR

581725

Orqanizmin təbii detoks prosesini dəstəkləyən və sağlamlığa müsbət təsir göstərən məhsullar sırasında göyərti və tərəvəzlər ilk sıradadır.

Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Maarif Dövlət Universitetinin təbii elmlər fakültəsinin dekanı İrina Lyalina məlumat verib.
 

Onun sözlərinə görə, xüsusilə çuğundur bu məsələdə xüsusilə fərqlənir. Onun tərkibindəki fermentlər qan hüceyrələrinin yaranması prosesini yaxşılaşdırmağa kömək edir. 


Lyalina həmçinin bildirib ki, xaççiçəkli bitkilər də qaraciyər üçün olduqca faydalıdır. Bu qidalar orqanizmdə detoks prosesində iştirak edən fermentlərin istehsalını stimullaşdırır. Mütəxəssis qeyd edib ki, sarımsaq tərkibindəki kükürd sayəsində qaraciyərin və immun sisteminin normal fəaliyyətini dəstəkləyir.

Bundan başqa, alma, moruq, zoğal, qaragilə və limon kimi məhsullar da digər orqanlar üçün faydalıdır.

Onların tərkibində bağırsaqlardan zərərli maddələrin çıxarılmasını asanlaşdıran pektin mövcuddur.

“Yaşıl çayın tərkibindəki katexinlər isə qaraciyəri oksidləşmə prosesindən qoruyur. Lakin unutmamaq lazımdır ki, ‘keyfiyyətli’ qan tərkibini qorumaq və toksinlərin effektiv şəkildə bədəndən atılmasını təmin etmək üçün kifayət qədər təmiz su qəbulu olduqca vacibdir”, — Lyalina əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO