Anomal hava ilə bağlı XƏBƏRDARLIQ – Bu şəxslər xüsusi risk altındadır

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ – Bu şəxslər xüsusi risk altındadır

Hazırda oxunan: Anomal hava ilə bağlı XƏBƏRDARLIQ – Bu şəxslər xüsusi risk altındadır

581722

Noyabr ayında havalar anomal keçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bir müddət əvvəl Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 10-15 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir.

Təbii ki, payızın ortasında 26 dərəcə anomal sayılır.

Çünki belə hava şəraiti insan sağlamlığı üçün təhlükəlidir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib ki, ilin payız-qış mövsümündə havaların isti keçməsi insan orqanizmində bir sıra problemlər yaradır:

“Bu cür havada dövri yoluxduruculuğa malik olan viruslar sönmür, göbələk xəstəlikləri aktiv qalır, ağacların vaxtsız çiçəklənməsi nəticəsində tozlanma şəraitində əmələ gələn allergik reaksiyalar sürətlənir və havanın nisbi rütubəti artır. Havanın nisbi rütubətinin artması isə həm ürək-qan damar sistemini, həm də qan təzyiqini gərgin vəziyyətdə saxlayır.

Qeyd edək ki, havaların mövsümə uyğun soyumaması virusların yoluxdurucu zəncir dövriyəsini sönməyə qoymur. Nəticədə virusa təkrar-təkrar yoluxma riski artır.

Eyni zamanda atmosferdə yaranan dəyişikliklərlə bərabər, havanın isti keçməsi psixoloji gərginliyə şərait yaradır, yuxu rejimini pozur. Yuxu rejiminin pozulması isə ümumi zəifliyə və xroniki yorğunluq sindiromuna səbəb olur ki, bu halda da insanların əmək fəaliyyəti zəifləyir. Bu vəziyyət hipertoniyalı xəstələrdə, hamilə qadınlarda, şəkər və digər xroniki xəstəliklərin daşıyıcılarında müəyyən problem yaradır”.
 

Müsahibimiz onu da əlavə edib ki, ilin soyuq mövsümündə havaların mülayim keçməsi qrip viruslarını, COVİD-i, adeno virusları, rotaviruslar və s. patogen amillər üçün optimal yaşam mühiti yaradır, onlar uzun müddət havada asılı qalaraq tsiklik yoluxduruculuq xassəsini saxlayırlar:


“Onlar residiv xəstəlik törədiciləri kimi allergik reaksiyaları artırırlar, ürək-qan damar xəstəliklərinin gedişatını çətinləşdirirlər, psioxoloji gərginlik yaradırlar və ali sinir  fəaliyyətinə mənfi təsir göstərirlər. Ona görə də ürək-qan damar sistemi və tənəffüs yollarında xəstəliyi olan insanlar bu günlərdə xüsusilə diqqətli olmalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO