Akvakultura və balıqçılıq təsərrüfatlarının idarəçiliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Kənd Təsərrüfatı Nazirliyinə verilməsi ölkənin su bioresursları siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu dəyişiklik yalnız idarəetmənin yenilənməsi deyil, həm də balıqçılığın inkişafı iqtisadi potensialının artırılması üçün yeni imkanlar açır.
Bəs struktur dəyişikliyi ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçi sayında azalma gözlənilirmi?
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müəssisələr ştat vahidləri ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçi sayında azalma olub.
Qeyd edək ki, balıqartırma müəssisələrinin fəaliyyəti, su bioresurslarının artırılması, mühafizəsi və nəzarətin təmin edilməsi üçün 2025-ci ilin dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsaitin qalan hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin büdcəsindən azaldılaraq Kənd Təsərrüfatı Nazirliyinin büdcəsinə əlavə edilib.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 22.11.2025
Ekologiyadan kənd təsərrüfatına keçid - Struktur dəyişikliyi nə vəd edir? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Ekologiyadan kənd təsərrüfatına keçid - Struktur dəyişikliyi nə vəd edir? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Ekologiyadan kənd təsərrüfatına keçid - Struktur dəyişikliyi nə vəd edir? – RƏSMİ AÇIQLAMA
581710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































