“Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb - FOTO

“Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb - FOTO

Hazırda oxunan: “Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb - FOTO

581708

Ölkədə şans oyunlarının mərkəzi “Azərlotereya”nın “Sürətli Şans” kampaniyası yekunlaşıb. Azerlotereya.com Misli.az platformalarında keçirilmiş “Sürətli Şans” stimullaşdırıcı lotereyasının qalibləri müəyyənləşib.

İki ay davam etmiş stimullaşdırıcı lotereyada ümumilikdə 2 nəfər super priz – “Toyota Corolla” avtomobilinə sahib çıxıb. Qaliblərdən biri Cəlilabad sakini Səid Qabilov olub.

Bundan əlavə, lotereyada 80 nəfər 1 000, 16 nəfər 2 000, 8 nəfər isə 10 000 manat udub. Qazananlar sırasında Elsəvər Xasıyev, Əli Mirzəyev, Zamiq Rzayev, Mehman Umarov, Orxan Əliyev, Pünhan Rəhimli, Nəbi Hüseynov olub.

Qaliblər “Azərlotereya TV” YouTube kanalında canlı yayım vasitəsilə təsadüfi seçimlə müəyyənləşib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO