"Aytən Səfərovadan narazı qaldığı üçün özünü yandırmaq istəyən də olub" - Klinikadan CAVAB

"Aytən Səfərovadan narazı qaldığı üçün özünü yandırmaq istəyən də olub" - Klinikadan CAVAB

Hazırda oxunan: "Aytən Səfərovadan narazı qaldığı üçün özünü yandırmaq istəyən də olub" - Klinikadan CAVAB

581707

"Caspian International Hospital" əvvəllər orada çalışmış tanınmış həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılması və klinikanın vəzifəli şəxslərinə cinayət işinin açılması ilə bağlı yayılan iddialara cavab verib.

Bizim.Media xəbər verir ki, klinikadan "Qafqazinfo.az"a sözügedən iddiaların əsassız olduğu bildirilib.
 

"Aytən Fəxrəddin qızı Səfərova klinikamızda fasilələrlə uzun müddət çalışıb. Lakin onun haqqında pasiyentlərdən çoxsaylı şikayətlər olduğu, sonsuzluğun müalicəsində effektivliyin azaldığı nəzərə alınaraq 2024-cü il dekabrın 11-də əmək müqaviləsinə xitam verilib.


A.Səfərovanın bir çox pasiyenti müalicədən qeyri-məmnun qaldığı üçün ödəniş etməkdən imtina edib, nəticədə klinikaya olunmalı ödənişləri hələ də borc olaraq qalmaqdadır. O cümlədən, pasiyentlər dəfələrlə hüquq-mühafizə orqanlarına və Analitik Tibbi Ekspertizaya həkim Aytən Səfərovadan şikayətlər edib. Hətta bir neçə pasiyent intihar etmə həddinə çatıb, onlardan üzərinə benzin töküb özünü yandırmağa cəhd edən də olub", - deyə açıqlamada vurğulanıb.

Həmçinin qeyd edilib ki, A.Səfərova ilə əmək müqaviləsinə xitam verildikdən 10 ay sonra klinika rəhbərliyinə zəng edən və özünü Aytən Səfərovanın vəkili kimi təqdim edən şəxs 11000 manat vəsaitin kartlarından oğurlandığını iddia edib:
 

"Vəkil məsələnin aydınlaşdırılması üçün görüşə dəvət olunsa da, bundan imtina edib və klinikanı məhkəməyə verməklə hədələyib. Hazırda bu məsələ hüquqi müstəvidə araşdırılır".


Xatırladaq ki, xəstəxananın vəzifəli şəxsləri tərəfindən Aytən Səfərovanın icazəsi olmadan ona yeni bank kartının sifariş olunması və hesabından 11 min manat vəsaitin mənimsənilməsi ilə bağlı iddia yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO