“Ötən gün xəstəxanaya yerləşdirilən xalq şairi Nəriman Həsənzadənin vəziyyəti stabildir”.
Bu barədə Bizim.Media-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib:
MÖVZU İLƏ BAĞLI:
Nəriman Həsənzadənin SON DURUMU - FOTO/VİDEO
“Vəziyyətini normal qiymətləndirmək olar. Nəriman müəllim özündədir, hər şey qaydasındadır. Sadəcə bildirdilər ki, həkim nəzarətində olmalıdır, ona görə də xəstəxanaya yerləşdirilib”.
Xatırladaq ki, N.Həsənzadə Mərkəzi Klinik Xəstəxanada müalicə alır.
Şəfiqə Şəfa, Bizim.Media
























































































