Lənkəranda Xəzərdən “itmiş meşə” üzə çıxdı – FOTO

Lənkəranda Xəzərdən “itmiş meşə” üzə çıxdı – FOTO

Hazırda oxunan: Lənkəranda Xəzərdən “itmiş meşə” üzə çıxdı – FOTO

581668

Lənkəranın Kənarmeşə kəndi yaxınlığında Xəzər dənizinin geri çəkilməsi nəticəsində su altında qalmış qədim palıd meşəsinin qalıqları üzə çıxıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dənizdə qayalıq kimi görünən çıxıntıların əslində nəhəng palıd kökləri olduğu müəyyən edilib.
 

Sakinlər bildirir ki, bu ərazidə vaxtilə geniş palıd meşələri mövcud olub. Diametri 3–4 metrə çatan köklərin yüzillik palıdlara məxsus olduğu qeyd edilir. Suyun çəkilməsi ilə iri gövdə parçaları da görünməyə başlayıb.


Mütəxəssislər bunu Xəzərin sahildən geri çəkilməsinin daha bir əyani sübutu kimi qiymətləndirirlər.


Sabutay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO