İki vitaminin istifadəsində DİQQƏT! Ekspertlər xəbərdarlıq edir

İki vitaminin istifadəsində DİQQƏT! Ekspertlər xəbərdarlıq edir

Hazırda oxunan: İki vitaminin istifadəsində DİQQƏT! Ekspertlər xəbərdarlıq edir

581651

Vitamin və qida əlavələri bazarı sürətlə böyüsə də, mütəxəssislər bəzi sintetik vitaminlərin sağlamlığa ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edir.

Bizim.Media xəbər verir ki, araşdırmalara görə, xüsusilə A və E vitaminlərinin yüksək dozalarda qəbulu qaraciyər zədələnməsi, görmə problemləri, saç tökülməsi, oynaq və əzələ ağrılarına səbəb ola bilər.

Brigham Qadın Xəstəxanasının tibb şöbəsinin müdiri JoAnn Manson bildirib ki, insanların çoxu "möcüzəvi həb" axtarsalar da, vitamin əlavələrinin faydası bəzən riskləri üstələyə bilmir.

Harvard T.H. Chan Xalq Sağlamlığı Məktəbinin professoru Walter Willett isə əlavə edib ki, xüsusi tibbi səbəb olmadığı halda vitamin əlavələrinin istifadəsi tövsiyə olunmur.

Niyə məhz A və E vitaminləri təhlükəlidir?
 

Mütəxəssislər izah edir ki, A, D, E və K vitaminləri yağda həll olunur və bədəndə, xüsusilə qaraciyərdə toplanır. Bu vitaminlərin normadan çox qəbulu bədəndə zəhərli səviyyələrə yüksələrək ciddi fəsadlara gətirib çıxara bilər.


Diyetoloq Jen Messer bildirib ki, yağda həll olunan vitaminlərin UL limitləri daha aşağıdır və məhz bu səbəbdən A və E vitaminləri daha ehtiyatla qəbul edilməlidir. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO