Avtomobil nömrələri ilə bağlı daha bir YENİLİK: Region kodu DƏYİŞİR - FOTO

Avtomobil nömrələri ilə bağlı daha bir YENİLİK: Region kodu DƏYİŞİR - FOTO

Hazırda oxunan: Avtomobil nömrələri ilə bağlı daha bir YENİLİK: Region kodu DƏYİŞİR - FOTO

581649

Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb

Bizim.Media xəbər verir ki, bu barədə nəqliyyat eksperti Aslan Əsədov sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, yeni standartlara əsasən, artıq region kodu 2 yox 3 rəqəmli olacaq.

• ilk 3 rəqəm — region kodu,

• ardınca gələn 2 hərf — nəqliyyat vasitəsinin seriyası,

• son 3 rəqəm isə — nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.
 

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb. Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib ki, hazırda istifadədə olan dövlət qeydiyyat nişanları olduğu kimi qalacaq. Dəyişiklik bundan sonra veriləzək təzə nömrələrdə əksini tapacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO