“Statistikaya görə, 0–6 saat dərs yükü olan müəllimlərin sayı 3487 nəfərdir və onlar ümumi müəllim kontingentinin cəmi 3 faizini təşkil edir. Bu kateqoriyada orta aylıq əməkhaqqı 210 manatdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.
O bildirib ki, müəllimlərin ən böyük qismi 18–24 saat dərs yükünə malik olan kateqoriyaya daxildir:
“18–24 saat dərs deyən müəllimlərin sayı 38 min 711 nəfərdir. Bu, ümumi müəllimlərin 32 faizidir. Onların orta əməkhaqqı 979 manat təşkil edir”.
Emin Əmrullayev qeyd edib ki, digər kateqoriyalar üzrə də vəziyyət kifayət qədər müxtəlifdir:
“6–12 saat dərs yükü olan müəllimlər 14 134 nəfər, 12–18 saat arası dərs deyənlərin sayı isə 24 878 nəfərdir. Bundan əlavə, 24–30 saat dərs yükü olan 22 351, 30–36 saat arası dərs deyən isə 17 186 müəllim fəaliyyət göstərir. Bu kateqoriyalarda orta əməkhaqqı 398 manatdan başlayaraq 1589 manata qədər dəyişir.”
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:27 / 21.11.2025
Emin Əmrullayev: “Müəllimlərin 32 faizi 18–24 saat dərs yükü ilə çalışır”
Hazırda oxunan: Emin Əmrullayev: “Müəllimlərin 32 faizi 18–24 saat dərs yükü ilə çalışır”
Hazırda oxunan: Emin Əmrullayev: “Müəllimlərin 32 faizi 18–24 saat dərs yükü ilə çalışır”
581610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































