Bir nəfər 2 məktəbə direktorluq edir? - Rəsmi açıqlama

Bir nəfər 2 məktəbə direktorluq edir? - Rəsmi açıqlama

Hazırda oxunan: Bir nəfər 2 məktəbə direktorluq edir? - Rəsmi açıqlama

581602

Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbinin direktoru İlahə Aftandil qızı Həmidovanın eyni vaxtda başqa bir məktəbdə də direktor vəzifəsini daşıması valideynlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a şikayət daxil olub.

Qeyd olunub ki, İlahə Həmidova həm də Xocəsən qəsəbəsində yerləşən 333 nömrəli tam orta məktəbində direktorun səlahiyyətlərini icra edir.
 

Şikayət məktubunda iddia edilib ki, direktor səlahiyyətlərini icra etməyə başlayandan məktəbin direktor müavini və digər şəxslərlə birlikdə təhsil müəssisəsində korrupsiya və qanunsuz əməllərlə məşğul olur.


Məktəbdə adına 12 saat dərs yazılan müəllimin müəssisəyə gəlmədən dərsi onlayn idarə etməsinə şərait yaradır.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 333 nömrəli tam orta ümumtəhsil məktəbinə dair qeyd olunan iddialarla bağlı idarə tərəfindən araşdırma aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO