Şəhid məzarlarından oğurluq edən yeniyetmələr SAXLANILDI - FOTO/VİDEO

Şəhid məzarlarından oğurluq edən yeniyetmələr SAXLANILDI - FOTO/VİDEO

Hazırda oxunan: Şəhid məzarlarından oğurluq edən yeniyetmələr SAXLANILDI - FOTO/VİDEO

581583

Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

Qeyd olunub ki, ötən gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.


Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə aşkarlanaraq şəhid ailələlərinə qaytarılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO