Salyan şəhəri, A.Həsənov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Fidan Fəxrəddin qızı Əliyevaya məxsus "Yaşıl Park" restoranında yoxlama keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata görə, baxış zamanı ictimai iaşə obyektində temperaturun monitorinqinin aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, mətbəxdə tavanın, döşəmənin, divarların və işçi masaların asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, çirkli suların axıdılması üçün drenaj sisteminin quraşdırılmadığı, obliqat qrupuna daxil olan işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək mətbəxdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.



Bizim.Media



























































































