Şəmkir sakini silah və narkotiklə saxlanıldı

Şəmkir sakini silah və narkotiklə saxlanıldı

Hazırda oxunan: Şəmkir sakini silah və narkotiklə saxlanıldı

58154

Qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Ziya Həsənov saxlanılaraq Polis Şöbəsinə gətirilib.  

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya məlumat daxil olub. 

Şöbədə şübhəli şəxsin üzərindən 1 ədəd atəşə yararlı “revolver” tipli tapança və 14 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.  

Bundan başqa saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO