Azərbaycanda avtomobil nömrələri ilə bağlı YENİLİK

Azərbaycanda avtomobil nömrələri ilə bağlı YENİLİK

Hazırda oxunan: Azərbaycanda avtomobil nömrələri ilə bağlı YENİLİK

581528

Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Dövlət Yol Polisi İdarəsi yayıb. 

Bildirilib ki, bu, dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir:

"Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir". 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO