“Təhsilimizin irəli getməsini, çağdaş dövrün tələblərinə cavab verməsini istəyiriksə, hər bir kənddə məktəb və komplektləşdirilmiş siniflərdənsə, ordakı demoqrafik vəziyyəti və kadr potensialını nəzərə alaraq birləşmiş məktəblərə keçid üzərində düşünməliyik. Nisbətən uzaqda yaşayanların həmin məktəblərə aparmaq üçün isə avtobuslar təşkil edilməlidir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Əksər kənd yerlərindəki mədəniyyət evlərinin, klubların çoxfunksiyalı fəaliyyət göstərmək üçün təmərküzləşməyə ehtiyac var. Kənd mədəniyyət evlərinə, kənd kitabxanalarına 3-5 adamın maaş aldığı yer kimi baxmamalıyıq. Həmin yerlər əhalinin böyük bir qisminin həvəslə üz tutduğu, mədəni ehtiyacların ödəndiyi yer olmalıdır”, - deyə deputat qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:07 / 20.11.2025
Sahib Alıyev: “Həmin şagirdləri məktəbə aparmaq üçün avtobuslar təşkil edilməlidir”
Hazırda oxunan: Sahib Alıyev: “Həmin şagirdləri məktəbə aparmaq üçün avtobuslar təşkil edilməlidir”
Hazırda oxunan: Sahib Alıyev: “Həmin şagirdləri məktəbə aparmaq üçün avtobuslar təşkil edilməlidir”
581500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































